Xəbərlər

Yurdumuza qayıdışı səbirsizliklə gözləyirik                     

  1950-ci ildə Qərbi Azərbaycanın Axta (indiki Razdan) rayonunun Təkəlik kəndində müəllim ailəsində anadan olmuşam. Kəndimiz çox səfalı bir məkanda yerləşirdi. Kəndin ortasından kiçik çay axırdı. Qadınlar xalça-palazlarını bu çayda yuyurdular. Kəndin alt tərəfindən axan çay Misxana çayı adlanırd. Çay kənarı boyunca çoxlu məktəbli düşərgələri və sanatoriyalar tikilmişdi. Kəndin şimal tərəfində, dağlıq hissədə sıldırım qayalar vardı. Bu dağa "Koroğlu dağı" deyirdilər. Dağ alüminium yataqları ilə zəngin idi. Kəndimizin ən hündür yerində axan bulaq “Qoşa bulaq” adlanırdı. Burada böyük çörəkbişirmə zavodu, xəstəxana, hamam, məktəb, uşaq bağçası və 800 başlıq mexanikləşdirilmiş tövlə kompleksi vardı. Atam deyirdi ki, kənd camaatı 1918- ci ildə qadın və uşaqları erməni təcavüzündən qorumaq üçün araba ilə Türkiyəyə aparmışdılar. 370 nəfər azərbaycanlı erməni soyqırımına məruz qalmışdı. Atam 1936-cı ildə İrəvan şəhərində Pedaqoji Texnikumunu bitirərək kənddə müəllim işləmişdi. O, Böyük Vətən müharibəsi iştirakçısı idi.  Xatirələrində deyirdi ki, o vaxt İrəvanda 19 məscid vardı. Ərazilərimizin işğalı dövründə ermənilər Göy məsciddən başqa, bütün məscidləri söküb dağıdıblar. 1948-1953-cü illərdə repressiya illərində kənd camaatını Saatlı rayonuna köçürüblər. Kənddə 3 ev - atamgilin ailəsi, atamın əmisi Ramazan kişinin ailəsi və bibimgilin ailəsi qalıb. 1949-cu ildə yaxınlıqda olan Üləşik və Qarağalı kəndlərini də köçürüblər. Saatlı rayonuna köçənlərin əksəriyyəti 1953-cü ildə kəndə qayıtmışdır. Həmin illərdə kənddə dövlət tərəfindən...