Yetişən nəsil inam və qürur yerimizdir                  

 

“Əziz dostlar, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq, “Şahin” hərbi-idman oyunlarının açılış mərasimində iştirak edirik. “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən ibarətdir”.

Bu fikirlər İsmayıllı məktəblərində formalaşmış “Şahin” hərbi-idman komandalarının ümumrayon toplantısında, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov tərəfindən səsləndirilib.

Tədbirdə iştirak edən rəsmilər, şəhid valideynləri və ailə üzvləri , eləcə də ictimaiyyət nümayəndələri yetişən nəsillə qürur duyduqlarını ifadə ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz