İsmayıllını Leyla təmsil edib                       

 

İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş  “Ən yaxşı təqdimat” Respublika müsabiqəsinin rayon turu keçirilib.

Rayonun ümumtəhsil məktəblərinin ən istedadlı şagirdləri bu müsabiqədə uğurla çıxış ediblər.

Qaliblər Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon sektoru tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, rayonumuzu bu nüfuzlu Respublika müsabiqəsində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Leyla Ağayeva təmsil edib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz