Yeniliklərə hazır olun…              

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, gənclərin dostu Nahid Bağırov ilə İsmayıllı İntellektual Oyunlar Klubunun sədri, Azad Manaflı və Regionların İnkişaf Departamentinin rəhbəri Rəvan Cəfərli ilə görüşüb. Görüş zamanı başçı İsmayıllının inkişafı ilə bağlı təklifləri müsbət qarşılayıb və yerindəcə bir necə məsələni həll edib. Bundan sonra başçının dəstəyi ilə birgə əməkdaşlıq nəticəsində İsmayıllıda bu sahədə bir sıra yeniliklər baş verəcəkdir.

İcra başçısı klubun üzvlərini çox səmimi qarşılayıb və gənclərin inkişafı üçün əlindən gələni edəcəyini deyib. İntellektualların fəaliyyətimizə hər zaman dəstək verəcəyini bildirib. Yeniliklərə hazır olun…

1 thought on “Yeniliklərə hazır olun…              

  1. Bir neçə ay əvvəl İsmayıllının icra başçisi ilə görüşdə Hacıhətəmli – İsmayıllı yolunun bərbad hala düşdüyünü dedim və başçının bu məsələyə diqqət çəkməsini istədim. Az keçmiş yol təmir edildi. Ancaq yenə vacib problemlərdən biri qalır. Bu zonada yaz. payız, qış aylarında müntəzəm olan dumanda maşın idarə etmək oldoqca çətinləşir. Yola çəkilən kraska bu çətinliyi aradan qaldırmış olardı. Bu zonada işıq xətlərində və internetdə olan problemlər də nəzərə alınsaydı pis olmazdı.

Şərh Yaz