Haqqımızda

“İsmayıllı xəbərləri” qəzeti haqqında

“İsmayıllı xəbərləri” qəzeti rayonun kütləvi informasiya vasitələri sırasına 2008-ci ildən daxil olub. Qəzetin ilk sayı ilin yanvar ayının 24-də çıxıb. Bu qəzet müstəqil qəzetdir.
Qəzetin təsisçisi və baş redaktoru Soltanov Şamməməd Nurulla oğlu şair, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“İsmayıllı xəbərləri” qəzeti ayda iki dəfə, 8 səhifə, 1000 tirajla çap olunur və rayonun ən ucqar kəndlərinə belə yayılır. Bu qəzet 100-dən artıq rubrika altında rayonda həyata keçirilən, bütün sahələri əhatə edən xəbərləri dərc edir.
Qəzet rayonun sosial həyatını, iqtisadi inkişafını, əldə olunan nailiyyətləri izləyir və işıqlandırır. “İsmayıllı xəbərləri” öz səhifələrində İsmayıllının şəhər və kənd əhalisinin əmək fəaliyyətindən, tarixi günlərdən, ayrı-ayrı yaşayış məntəqələrinin tarixindən, yubileyindən, iqtisadiyyatımızın və dövlətçiliyimizin möhkəmlənməsində xidməti olan şəxslərdən, mütəmadi olaraq yazılar verir. Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələrində, bələdiyyələrdə baş verən yeniliklər qəzetdə öz əksini tapır.
İsmayıllı təhsilinin inkişafı və yenilikləri bir qayda olaraq saydan-saya oxuculara çatdırır. 2010-2011-ci illərdə rayonda keçirilən Təhsil bayramına aid “İsmayıllı təhsili: uğurlar və nəticələr” adlı jurnallar buraxılmış, Beynəlxalq Müəllim Gününə xüsusi nömrə həsr edilmişdir.
Qəzetin yaradıcı heyyəti bütün fəaliyyətini respublikada eləcə də rayonda baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-kütləvi hadisələrin, keçirilən tədbir və mərasimlərin işıqlandırılmasına istiqamətləndirmişdir. Qəzet ərazinin aynası olmaqla ictimaiyyət arasında maarifləndirmə və təbliğat sahəsində məqsədyönlü işlər görməkdədir.

“İsmayıllı xəbərləri” qəzetinin
təsisçisi və baş redaktoru: Ş. Soltanov

E mail : sahsoltan@mail.ru