Zəhmətin bəhrəsi                          

Üç yaşlı bir qızın 1 nömrəli uşaq bağçasının qarşısında uşaqları idman kompleksinə bədii gimnastika üzrə məşqə aparan avtobusun dalınca ağlaya-ağlaya qaçdığını bağçanın müdürü Qalibə mənə deyəndə qızım Könülün də məşqə getməsinə icazə verdim. Məşqçi müəllimin dediyinə görə Könüldə bədii gimnastikaya böyük həvəs və istedad var. 2012-ci ildən Könül Nuriyeva zona yarışlarında Göyçayda, Kürdəmirdə, İsmayıllıda, Sumqayıtda və dəfələrlə Respublika yarışlarında Bakı şəhərində iştirak edib, qalib gəlib, medallarla və qiymətli hədiyyələr ilə mükafatlandırılıb. Könül həmişə deyirdi ki, A.Aslanov adına şəhər 2 nömrəli  tam orta məktəbinə xarici ölkədən ilk qızıl medalı mən gətirəcəm. Babası Yaşar müəllim Könülü həmişə həvəsləndirirdi ki, bir gün xarici dövlətlərin birində keçirilən gimnastika üzrə yarışda mütləq qızıl medala layiq görüləcəksən. Niyyəti, marağı, gərgin məşqlər öz nəticəsini verdi. 27-30 mart tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Gimnastika Hamı Üçün beynəlxalq turnirində Könül 1-ci yerə layiq görülür və qızıl medal ilə təltif edilir. Qələbə ilə məktəbə qayıdan Könülü məktəbin direktoru Ramil müəllimin təşəbbüsü ilə kollektiv sürətdə qarşılayır. İsmayıllı RİH-nin başçısı cənab Nahid Bağırov tərəfinidən Könül ilə birlikdə komanda üzvləri olan qızlar da qəbul edilir və mükafatlandırılırlar. Könül Nuriyeva deyir ki, onun və komanda yoldaşlarının qələbəsi ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə hədiyyələridir. Bizim ailəmiz üçün YAP-ın 30 illik yubileyi də sevindirici olub. Könülün babası Yaşar Nuriyev YAP-ın 30 illik yubileyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunub . Könülün də qələbəsi ailəmiz üçün daha bir sevinc, uğur gətirdi. Könül Nuriyevanı şəhər 2 nömrəli tam orta məktəbinin kollektivi adından bir daha təbrik edir, ona yeni uğurlar arzulayırıq. Uğurları davamlı olsun.

Xatirə Nuriyeva,

A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin VIII  “A” sinfinin sinif rəhbəri

 

Şərh Yaz