Sərəncam imzalanıb, komissiya yaradılıb
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İsmayıllı rayonunda həyata keçiriləcək tədbirlərlə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam imzalanıb və komissiya yaradılıb. İmzalanan Sərəncamla yaradılan Komissiyaya daxil edilən müəssisə və təşkilatlara müvafiq tapşırıqlar verilib, ayrı-ayrı cavabdeh şəxslərin üzərinə düşən məsuliyyətlər müəyyənləşdirilib.
Yaradılan Komissiyaya görüləcək işlər barədə Tədbirlər planı hazırlanıb. Tədbirlər planında məsul şəxslərə görüləcək işlərə nəzarət etmək, bununla bərabər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərin “İsmayıllı xəbərləri” qəzetində işıqlandırılması tapşırılıb.
Odur ki, Sərəncamdan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsində cavabdehlik daşıyan tərəflərdən və bu sahəyə öz töhfəsini vermək istəyən soydaşlarımızdan gördükləri işlər barədə redaksiyamıza ətraflı məlumat vermələri xahiş olunur.
“İsmayıllı xəbərləri”