Baş redaktor

Tərcümeyi-hal

Soltanov Şahməmməd Nurulla oğlu (Şahməmməd Dağlaroğlu) 1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. 1970-ci ildə İsmayıllı şəhər 1 saylı orta məktəbinin 8-ci sinfini bitirib. Göyçay 58 saylı orta texniki peşə məktəbində dülgər-xarrat peşəsi ilə yanaşı orta təhsil alıb. 1975-1977-ci illərdə ordu sıralarında xidmət edib. Müxtəlif illərdə rayonun bir sıra tikinti idarələrində inşaatçı kimi çalışib.
15 ildən artıq İsmayıllı rayonunun Mücühəftəran və Ağbulaq kənd məktəblərində əmək təlimi müəllimi işləyib.
1982-84, 1986-91-ci illərdə Rusiya Fedarasiyasında yaşayıb. Qiyqbi yolla iqtisadçı-mühəndis ixtisası almaqla 1991-ci ildə Hovosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirib.
İsmayıllı rayonunun Ağbulaq kəndində yaşadığı illərdə, ilk bələdiyyə seçkisində uğur qazanıb, bələdiyyə sədri vəzifəsində çalışıb.
2005-ci ildə jurnalistika ixtisası üzrə birillik kurs bitirib. Rayonun Yerli Radio Verilişləri redaksiyasında redaktor vəzifəsində işləyib.
Bələdiyyələr üzrə keçirilən ikinci və üçüncü seçkilərdə İsmayıllı bələdiyyəsinin üzvü seçilib. Ş.Soltanov hazırda İsmayıllı bələdiyyəsinin üzvüdür, bələdiyyədə Yerli Sosial Məsələlər daimi komissiyasının sədri vəzifəsində çalışır.
Ş.N.Soltanov 1995-ci ildən Ana Vətən Partiyasının üzvü, həmçinin, partiyanın İsmayıllı rayon təşkilatının sədridir.
Erkən yaşlarından şeirlər yazan Ş.Dağlaroğlu 4 kitabın müəllifi, 18 kitabın redaktoru, 2 toplunun tərtibçisidir.
Ş.Soltanov 2008-ci ildən çıxan İsmayıllı xəbərləri qəzetinin təsisçisi və baş redaktorudur.
Şair Ş.Dağlaroğlu 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, 3 övladı var.

 

E mail : sahsoltan@mail.ru