Görüş böyük marağa səbəb olub

Belarus və Azərbaycan regionlararası əməkdaşlığın genişləndirilməsi məqsədilə Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ravkov Andrey Alekseyeviç, səfirin müşaviri Zubriçkaya Tatyana Nikolayevna, birinci katibi Polyaçok Anastasiya Alekseyevna İsmayıllı rayonuna səfər edib.

Son dərəcə səmimi və mehriban şəraitdə keçən görüşdə səmərəli danışıqlar aparılıb. Görüş çərçivəsində nümayəndə heyəti İsmayıllı şəhərinin məcburi qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış massivinə baxış keçirib. Baxışda məqsəd doğma yurd-yuvasını itirmiş soydaşlarımızın mövcud yaşayış şəraitini əyani şəkildə görməkdən ibarət olub. Görüşdən məmnun qalan qonaqlar ərazidəki məktəbdə olub, buradakı təhsil şəraiti ilə maraqlanıblar.

Nümayəndə heyəti  istehsal etdiyi xalçalarla təkcə ölkəmizdə deyil, sərhədlərimiz xaricində də yetərincə tanınan “Xoşbəxt-X” MMC kiçik xalçaçılıq müəssisəsi ilə də tanış olublar. Burada toxunan xalçalar qonaqların böyük marağına səbəb olub və zövqünü oxşayıb.

Sonda Səfirə İsmayıllı rayonu adından xatirə hədiyyəsi təqdim edilib.

Şərh Yaz