İftar süfrəsi birlik nümunəsidir                  

 

İslamın ən şəfqətli, müqəddəs ayında – Ramazanda imkansızlara yardım göstərmək, onlara bayram sevinci yaşatmaq vacib, xeyirxah əməllərdəndir. Bu məqsədlə Ramazan ayında İsmayıllı rayonunda neçə-neçə iftar süfrəsi təşkil olunub.

Növbəti iftar süfrəsi aprelin 18-də, 300 nəfərin iştirakı ilə “Qala” şadlıq sarayında açılıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutan iftar mərasimi  Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Müqəddəs kitabımız “Qurani-Kərim”in bizə nazil olduğu bu ayın fəzilətlərindən danışılıb.

Tədbirdə ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Allah tutulan orucları və edilən duaları qəbul etsin!

Ş.Qarayeva

Şərh Yaz