“Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib                

Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş İsmayıllı Rayon Təhsil Şöbəsinin “Tədbirlər Planı”na uyğun olaraq 29 oktyabr 2021-ci il tarixdə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində “Qarabağ Azərbaycandır!” şüarı altında tədbir keçirilib.

Məktəbin ibtidai sinif müəllimi Güllübəyim Lətifovanın təşkil etdiyi tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, rayondan olan bir neçə şəhidimizin ailə üzvləri, II Qarabağ müharibəsində döyüşmüş qazilərimiz, müharibə iştirakçıları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Gündüz İsmayılov qonaqları salamlayaraq 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verib. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladı. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinə şahid oldu”.

Tədbirdə çıxış edən qazilər öz döyüş yolları haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Daha sonra məktəbin III a sinif şagirdlərinin hazırladığı “Şəhidlərimizin şərəfli həyat və mübarizə yolu”na həsr olunmuş ədəbi-bədii kompozisiya tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Güllübəyim Lətifova

Şərh Yaz