Qəbulların keçirilməsi ənənə kimi davam edir

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun Sumağallı kəndində vətəndaşlarla  səyyar qəbul keçirib. Qəbulda həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də xidməti müəssisələrin rəhbər və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Qəbulun keçirilməsində məqsəd ərazidə əhalinin narazılığına səbəb olan problemlərin həllini sürətləndirmək, bununla bərabər, qarşıda görüləcək işlər barədə yerli əhalinin arzu və təkliflərini dinləmək olub.

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşlarla səyyar qəbulların keçirilməsi bir ənənə kimi davam etməkdədir. Sumağallı kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Məsələlərin bəzisi yerli imkanlar daxilində həllini tapıb.  Ümumilikdə, qaldırılan problemlərin həlli üçün aidiyyəti idarə rəhbərliyinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Şərh Yaz