Nağıl kitabları hədiyyə edilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin II sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Uşaq Kitab Günü münasibətilə tədbir keçirilib.
Sinif rəhbəri Könül Əhmədovanın təşkilatçılığı ilə keçirilən tədbirə İsmayıllı şəhər Mərkəzi Kitabxanasının nümayəndələri də iştirak ediblər.
İlk olaraq sinif rəhbəri Könül Əhmədova şagirdlərə bu günün tarixi əhəmiyyəti, kitabların uşaqların həyatında oynadığı rol və qiraətin faydaları haqqında geniş məlumat verib.
Sonra Rayon Mərkəzi Kitabxanasının nümayəndələri şagirdlərə nağıl kitabları hədiyyə ediblər. Qonaqlar məktəbli dostlarına maraqlı bir nağıl oxumaqla onları sevindiriblər.
Tədbir şagirdlərin sevincinə səbəb olmaqla bərabər, onlara kitaba sevgi aşılanması və maariflənməsi baxımından faydalı olub.
“İsmayıllı xəbərləri”