Minnətdarlıqlar razılıqdan doğur

 

Aprel ayının 17-də və 24-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən, RİH başçısının birinci müavini Mahmud Süleymanov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, onların müraciətlərini dinləyib.

Vətəndaşlar tərəfindən qaldırılan problemli məsələlərin icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanları yerində həll olunub. Araşdırma tələb edən məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.

Göstərilən qayğıdan məmnun qalan vətəndaşlar idarəetmədə yaradılan qaydalara görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

RİH məlumat üçün bildirir ki, vətəndaşlar qəbula ((020) 28-164) “Qaynar xətt” nömrəsinə zəng edərək və ya elektron qaydada (mail@ismayilli-ih.gov.az) yazıla bilərlər.

 

 

 

Şərh Yaz