Təhsil sisteminin dayanıqlığı gücləndirilir

 

E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək layihəsi “Karyera Rəhbərliyi üzrə Usta Təlimçilərin bilik və bacarıqlarının artırılması proqramı”nı bitirən usta təlimçilərin sınaq təlimlərinin növbəti sessiyası baş tutub.

Karyera Planlaması üzrə usta təlimçi Gülnarə Qurbanova təlimdə şagirdlərə “İşgüzar dəyərlər”, “İş ideaları yaratmaq və əlkimyagizlik” haqqında məlumatlar verərək, interaktiv təlim keçib.

Təlimdə beynəlxalq ekspert Mariana Mataçe, ARTİ “Təhsildə innovasiyalar” şöbəsinin mütəxəssisi Ətir Quliyeva, Gülnar Tahirli, peşə təmayüllü siniflər layihəsinin karyera məsləhətçisi Sona Ağazadə-Heydərli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Mailxan Abdin, DŞRTİ-nin nümayəndəsi İsa Səlimov, məktəbin direktoru Əhmədağa Ələkbərov iştirak ediblər.

Şərh Yaz