Ağsaqqal məsləhəti və ağbirçək öyüdündən bəhrələnirik                        

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi yarandığı gündən ağsaqqal məsləhətindən, ağbirçək öyüdündən öz fəaliyyətində yetərincə bəhrələnmişdir.

Nümunəvi ailələrin tanıdılması istiqamətində məqdədyönlü iş aparmış, maarifləndirici tədbirlərdə, problemlərin həllində, xüsusilə problemli ailələrlə işləyəndə böyüklərin həyat təcrübəsindən, onların faydalı məsləhətlətindən daim yararlanmışdır.

2021-ci ilin noyabr ayının 23-də Mərkəzin yeni binasında qonaq olan İsmayıllı Ağsaqqallar Şurasının üzvləri ilə görüş də məhz bu iş birliyinin məntiqi davamı idi.

Qonaqlar ilk öncə Mərkəzlə tanış olublar. Burada yaradılmış gözəl iş şəraitinə görə dövlətə minnətdarlıqlarını bildirən Şura üzvləri sonra dəyirmi masa ətrafında Mərkəz kollektivi ilə səmimi söhbət ediblər.

Sıx rastlanan ailə problemləri söhbətin əsas mövzusu olub. Şuranın sədri Valeh Salehov, Şura üzvləri Şəfaqət Rəsulov, Yaşar Nuriyev, Qəhrəman Osmanov, Rizvan Orucov, Vidadi Məmmədov, Hafiz Kərimov, Raqif Məmmədov, Şahməmməd Dağlaroğlu və digər qonaqlar Mərkəz kollektivinə yeni binada uğurlar arzulayaraq, daim bu çətin işdə onlara dəstək olmağa hazır olduqlarını bildiriblər.

Səmimi görüş xatirə şəkli çəkdirməklə yekunlaşıb.

Lalə Kəbirova

Şərh Yaz