Görüşlər məsələlərin həllinə istiqamətlənir
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun hüquq-mühafizə orqanları, xidməti müəssisə rəhbərlərinin iştirakı ilə Cülyan kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü keçirib.
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbullarının keçirilməsi yerlərdə əhalinin narazılığına səbəb olan və ola biləcək məsələlərin həllinə istiqamətlənir.
Rayonun Cülyan kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb, həlli üçün müvafiq tapşırıqlar verilib. Mövcud problemlərin bir qismi aparılan təhlillər nəticəsində, yerindəcə həllini tapıb.
Başçı bildirib ki, qəbul zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həll olunması üçün mütləq lazımi tədbirlər görüləcək.
Görüş-qəbulun iştirakçıları olan kənd sakinləri ölkədə gedən quruculuq və inkişafa görə ölkə rəhbəri Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə ediblər.
“İsmayıllı xəbərləri”