Rayon sakinlərinin növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun bir sıra idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə 3 aprel 2024-cü il tarixdə sakinlərin qəbulu keçirilib. Qəbula gələnlərin növbəli şəkildə müraciətləri dinlənilib. Müraciətlərin bir qismi araşdırılaraq, yerindəcə həll edilib. Həllinin ciddi araşdırma və vaxt tələb edən məsələlər isə əlaqədar ünvanlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb. Aidiyyəti şəxslərə, səlahiyyət sahiblərinə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirilib.
Qəbula gələnlər onlara göstərilən diqqətə görə minnətdarlıq ifadə ediblər.