Narazılıq yaradan məsələlər yerində öyrənilib həll olunmalıdır       

     

Rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov növbəti dəfə sakinlərini qəbul edib, onların şikayət, təklif və müraciətlərini dinləyib.

Vətəndaşlar tərəfindən gündəmə gətirilən məsələlərin bir qismi, yəni icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanları yerindəcə müzakirə olunaraq həll olunub. Həlli vaxt və araşdırma tələb edən məsələlərin bəzilərinin həlli üzrə aidiyyəti ünvanlara müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlərin hər birini diqqətlə, ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb. Başçı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə öz fəaliyyət sahələri üzrə yerlərdə narazılıq yaradan məsələlərin öyrənilib aradan qaldırılmasının vacibliyi barədə tövsiyələrini verib.

Şərh Yaz