Gələcək nəsillərə nümunə və unudulmaz tarix    

             

18 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, əməkdar müəllimlər və rayon ziyalıları iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra rəsmilər ulu öndər Heydər Əliyevə həsr olunmuş foto və rəsmlərdən ibarət sərgiylə yaxından tanış olublar.

Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov məruzə ilə çıxış edib. O bildirib ki, Ulu öndərin adı xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edilib. Azərbaycanın son onilliklər ərzində qazandığı bütün uğurlarda Heydər Əliyevin imzasının olduğunu, ona görə də Ulu öndərin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərinin minnətdarlıq hissi ilə xatırlandığını diqqətə çatdırıb.

Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafındakı müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Tədbirdə digər çıxış edənlər “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Ulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə, həm də unudulmaz tarixdir.

Şərh Yaz