Vandalizm təzahüründə erməni simasızlığı   

 

 

Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün ərazilərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb, yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında, qismən Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır. İşğaldan azad olunmuş ərazilərin mövcud vəziyyəti erməni vandalizminin təcəssümüdür.

Cənab Prezident İlham Əliyev hər dəfə dünyanın nüfuzlu siyasətçiləri ilə görüşdə diqqəti erməni vandalizminə yönəltməklə işğaldan azad olunan ərazilərdə yerləşən tarixi abidələrin demək olar ki, hamısının acınacaqlı vəziyyətdə olmasını önə çəkir. Etdikləri vandallıq Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Bu vandalizm faktı təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır.

İşğaldan azad etdiyimiz ərazilərimizdə ermənilərin bir dənə də daşı daş üstə qoymadıqlarını görəndə ilk növbədə adama elə gəlir ki, bu ərazilərə sanki hidrogen bombası atılıb. Bir dənə də tikili salamat qalmayıb, bir dənə evin qapısı, pəncərəsi, üstünün örtüyü yoxdur, divarları belə uçurulub. Bu mənzərəyə baxanda oradakı evlərin orta əsrdən qalma baxımsız tarixi tikililər, hətta xarabalıqlar olduğu qənaətinə gəlmək olar. Özlərini hər zaman “sivil” insanlar kimi təqdim etməyə cəhd edən ermənilərin əsl siması, daha dəqiq desək, simasızlığı ortadadır və bu mif də darmadağın oldu. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə vandalizmin təzahürləri məhz erməni simasızlığını, ermənilərin mahiyyətini açıq-aşkar nümayiş etdirir. Ermənilərin özlərinin özləri barədə fikir formalaşdırmaq istədikləri “sivil” insan obrazı bir yana, bunların heç insan olub-olmadıqları artıq şübhə doğurur, özü də bütün dünyada.

Xatırlayaq ki, birinci Qarabağ müharibəsi dönəmində azərbaycanlılar, qapılarını bağlayıb, açarını da 30 ilə yaxın göz-bəbəyi kimi saxlamaqla öz ata-baba yurdlarını, evlərini tərk etmişdilər. Bir dənə evin ən xırda mismarına belə toxunulmadan tərk edilmişdi. Bu zaman yurd-yuvalarını tərk edənlərin qarşılarını kəsən ermənilər onların canlarını belə xilas etmələrinə imkan verməmişdilər. Ermənilər isə, ərazilərimizi tərk etmələri üçün onlara güzəşt olaraq, humanistcəsinə verilən vaxtdan sui istifadə edərək nəinki salamat qalan evləri dağıtdılar, yandırdılar, hətta həyətyanı ərazilərindəki ağacları belə kəsib apardılar ki, buna insanlıq demək olmaz, bu simasızlıqdır, vandalizm təzahüründə erməni simasızlığıdır.

Bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır.

Şəlalə Əliyeva,

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Şərh Yaz