Şəhidlik onu əbədiyyətə qovuşdurdu 

                 

23 sentyabr baş leytenant, şəhid Famil Əhmədzadənin anadan olduğu gündür. Şəhidlik onu əbədiyyətə qovuşdurdu. Bu il onun 48 yaşı tamamlanacaqdı.

Azərbaycan xalqının sevimli, unudulmaz, qəhrəman, şəhid oğlu Famil Əhmədzadənin anadan olmasının 48-ci ildönümü İsmayıllıdakı Şəhidlər xiyabanında dərin ehtiramla, məzarı başında qeyd olunub.

Familsevərlər məzarı başında onun xarakter və xüsusiyyətlərindən, vətənpərvər müəllimliyindən, nümunəvi vətəndaşlığından, bir sözlə, yetişən nəslə əsil örnək ziyalı olmasından söz açıblar.

F.Əhmədzadənin tarix müəllimi kimi çalışdığı İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdləri sevimli müəllimlərinə həsr olunmuş şeirləri əzbərdən söyləyiblər. Şəhidlərin heç zaman unudulmayacığını əminliklə ifadə ediblər.

Şərh Yaz