Qəhrəmanlıq və ölməzlikdən söz açılıb    

           

44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Cəmil Məmmədlinin anım günü ziyarətgaha çevrilən məzarı başında qeyd olunub. Şəhidin məzarını ziyarətə gələnlərin sırasında əzizləri, doğmaları ilə bərabər ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin yaxınları, məktəb kollektivlərinin iştirakı tədbirə qələbəlik yaşadıb. Ziyarətçilər şəhidlərin qəhrəmanlıq və ölməzliklərindən, xüsusilə C.Məmmədlinin şücaətlərindən söz açıblar. Tədbirdə məktəblilərin səsləndirdiyi şeirlər gənclərimizin Vətən sevgisinin nə qədər güclü və inandırıcı olduğunu əks etdirib.

Bu qəbildən olan tədbirlərdə yaxından iştirak edən şəhid ailələrinin nümayəndələri ruhuna dualar oxuyub, ailəsinə başsağlığı veriblər.

 

Şərh Yaz