“Bəşirov” mükafatı 4-cü dəfə təqdim olunur  

   

Əvvəlki illərdə bildirdiyimiz kimi, İsmayıllı təhsilinin inkişafında, bugünkü səviyyəyə qalxmasında xüsusi xidmətləri olmuş, tanınmış pedaqoq Fərman Zakir oğlu Bəşirov haqq dünyasına qovuşduqdan sonra ailə üzvləri, əzizləri onun əziz xatirəsinə mükafat təsis olunması qərarına gəlib.

Belə ki, 1000 manat məbləğdə müəyyən edilmiş mükafat hər il ali məktəblərə qəbul imtahanlarında ən yüksək balları qazanmış 3 tələbə arasında  – 500, 300, 200 manat şəklində bölüşdürülür.

Ali məktəblərə yüksək ballarla daxil olmuş tələbələrlə görüş zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid BağırovDağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyevin iştirakı ilə  “Bəşirov” mükafatı Elvin Abbaszadəyə, Cəlal İbrahimova və Səid Baxışova təqdim olunub.

Mükafatçıları, valideynlərini və təhsil  aldıqları məktəblərin pedaqoji kollektivləri bir daha  təbrik edir, gələcək fəaliyyətlərinə yeni-yeni nailiyyətlər, İsmayıllı təhsilinə, vətənimizə başucalığı gətirənlərə uğurlar diləyirik.

“İsmayıllı xəbərləri”

Şərh Yaz