Uşaqların sevincinə valideynlər də şərik olub

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “GİD CSR Consulting” şirkətinin birgə təşkilatçılığı, VTB (Azərbaycan) Bankı və Bakıdakı Rus Evinin dəstəyi ilə “Məktəbə hazır olmağa dəstək ol!” adlı sosial layihə çərçivəsində 4 sentyabr 2023-cü il tarixdə Komitənin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.

Tədbirdə cari ildə birinci sinfə gedən aztəminatlı ailələrdən olan uşaqlar, onların valideynləri iştirak ediblər.

Əvvəlcə çıxış edənlər yeni dərs ilinin başlanması münasibətilə uşaqları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayıblar. Sonra uşaqlara məktəbli çantası və ləvazimatları hədiyyə edilib.

Məkətəbə gedəcək uşaqlarının sevincinə şərik olan valideynlər tədbirin ev sahibinə və xeyriyyəçi təşkilatlara minnətdarlıq ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz