Xalqımızın musiqi bayramı     

       

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin aparıcısı gələn qonaqları salamladıqdan sonra bəstəkarın həyatı haqqında danışmaq üçün sözü məktəbin müəllimi Nizami Babayevə verib.

Sonra yeni dərs ilinin başlaması və Milli Musiqi Günü münasibətilə təbrik üçün söz Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Nurtən Əkbərliyə verilib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra məktəbin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Məktəbin direktoru Bəhruz Həşimov çıxışında bildirib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Xalqımız 30 ilə yaxındır ki, bu günü musiqi bayramı kimi qeyd edir. Milli musiqimiz öz inkişaf zirvəsinə görə dahi bəstəkar Üzeyir Hacıbəyliyə borcludur.

N.Əkbərli

Şərh Yaz