Rayonun ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edib

 

27 Sentyabr – Anım Günü ilə əlaqədar İsmayıllı Rayon Məhkəməsinin sədri İlqar Hüseynov və ədliyyə işçilərinin bir qrupu rayondakı Şəhidlər xiyabanını ziyarət edib. Şəhid məzarları üzərinə güllər düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.

Ziyarət zamanı Azərbaycan Ordusunun 44 gün ərzində düşmən üzərində qazandığı qələbənin şəhidlərin canı, qanı bahasına əldə olunduğu vurğulanıb. Bildirilib ki, şəhidlərimizin Vətən sevgisi və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar gənclərimiz üçün örnəkdir. Bütün Azərbaycan bu igid övladları ilə fəxr edir, onlarla qürur duyur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin adı və şücaətləri yaddaşlarda əbədi yaşayacaqdır.

Elnarə Qasımova,

AJB-nin üzvü

Şərh Yaz