Sığortalanaq, sağlam olaq 

           

15 avqust tarixində Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyi regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi adlı layihəsinin növbəti tədbirini həyata keçirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra olunur. İsmayıllı Uşaq Kitabxanasında təşkil olunan tədbirdə layihə rəhbəri, RİH-nin əməkdaşı, tibb işçiləri və rayon sakinləri iştirak edib.

Layihənin rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rəfiyeva layihə və mövzu barədə tədbir iştirakçılarının suallarını cavablandırıb. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihənin məqsədi əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırmaq, onların sağlamlıqları üçün İTS imkanlarından yararlanması üzrə maarifləndirməkdir.

Şərh Yaz