Filosof-alim yad edilib 

Avqust ayının 15-də filosof alim Əlislam Əliyevin 100 illik yubileyi anadan olduğu Tircan kəndində qeyd olunub. Doğmaları, əzizləri, tanıyanları onun adının işığına yığılıb. Ə.Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində filosof alim kimi işləyib, gənc pedaqoqlara fəlsəfə elmini tədris edib. Fəlsəfəyə aid bir neçə dərsliyin  müəllifidir.

Yubiley tədbirinin iştirakçılarına alimin həyat və fəaliyyətindən bəhs edən, həmkəndlisi Gülnarə Məlikovanın redaktorluğu ilə işıq üzü görmüş “Filosofun ömür yolu” adlı kitablar verilib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz