Təlimlərə start verilib  

           

14 avqust tarixində başlanan təlimlərdə “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında təlimlər keçirilmişdir. DİM-in Hüquq təminatı sektorunun müdiri Ülviyyə Bədəlova, DİM-in Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən keçirilən təlimlərdə rayonda müxtəlif sahələrdə çalışan 50 nəfər dövlət qulluqçusu iştirak etmişdir.

Təlimin birinci günündə Ü.Məmmədova təlim iştirakçılarına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi, dövlət qulluğu və dövlət qulluqçusu anlayışı, dövlət qulluğunun vəzifə və prinsipləri, dövlət qulluğunu idarəetmə orqanları, dövlət orqanı anlayışı, dövlət orqanlarının təsnifatı, dövlət qulluğu vəzifəsi anlayışı, dövlət qulluqçusunun andı, dövlət qulluqçularının ixtisas dərəcələri, dövlət qulluqçularının hüquq və vəzifələri, dövlət məvacibi, dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğuna xitam verilməsi barədə məlumat verib.

Növbəti gün təlimçi Elnur Abbasov təlim iştirakçılarına korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri və məsuliyyət, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, müvafiq sahədə beynəlxalq təcrübə, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları və onların əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri və digər qaydalar barədə məlumat verib.

Təlimin sonunda müvafiq mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.

Şərh Yaz