Operativ və məsuliyyətlə yanaşılma vacibdir   

İyulun 19-da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərinin qəbulu keçirilib. Vətəndaşların müraciətləri, istək və arzuları  dinlənilib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanları  aparılan araşdırmalar nəticəsində yerində həll olunub. Məsələlərdən bəzilərinin həlli üçün müvafiq təşkilatlara tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini bir daha diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ və məsuliyyətlə yanaşılmasının vacib olduğunu xatırladıb.

Şərh Yaz