Tamaşa maraqla qarşılanıb 

   

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında Ulu öndərin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunmuş “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səhnələşdirilmiş tamaşanın müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir.

İsmayıllı Rayon Mədəniyyət Mərkəzində təqdim olunan səhnə əsərini RİH-nin məsul əməkdaşları, idarə, müəsissə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri izləyiblər.

Ulu öndər Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən bəhs edən əsərə müəllif özü quruluş verib.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

 

Şərh Yaz