Ulu öndər heç zaman unudulmayacaq, zaman keçdikcə daha ürəkdən seviləcək

İyul ayının 24-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən  növbəti görüş də eyni məqsədlə keçirilib.

Görüşü Mərkəzin əməkdaşı Gülnar Usibova açıb. İştirakçılar salamlandıqdan sonra söz İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova verilib. Dinlənilən geniş məzmunlu çıxışdan sonra kürsüyə İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov dəvət alıb.

“Tarixin bu günü” adlı tədbirin təbliğatçıları qrupuna daxil olunanlardan Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, təqaüddə olan “Tərəqqi” medallı müəllim Yaşar Nuriyev, Əməkdar müəllim Şəfaqət Rəsulov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri, “Tərəqqi” medallı Hafiz Kərimov,  görüşə ev sahibliyi edən Mərkəzin direktoru Mayıl Fərəcov Ulu öndərin İsmayıllı səfərlərindən, onun ölkə vətəndaşlarına, xüsusilə ismayıllılara olan istək və ehtiramından söz açıblar.

Natiqlər Ulu öndərin heç zaman unudulmayacağını, zaman keçdikcə daha ürəkdən seviləcəyini böyük əminliklə vurğulayıblar.

Azərbaycan Dövlət Universitetinin professoru Lətifə Əliyevanın  təsadüfdən tədbirdə qatılması da iştirakçıların ürəyincə olub. Ulu öndər haqqında yazdığı kitabı Mərkəzə hədiyyə etməyə gələn qonaq da Ümummilli liderlə bağlı xatirələrini dilə gətirib. Rayonumuzda istirahətdə olan hörmətli qonaqdan eşidilənlər alqışlarla qarşılanıb.

Tədbirdə məktəbli qızlar Ulu öndərə həsr olunmuş şeirlər səsləndiriblər. “Niyal” xalq çalğı alətləri ansamblının rəhbəri Nizami Babayevin müşayəti ilə solistlər – Piralı Şıxıyev və Rövşən Teyyubov oxuduğu mahnılarla keçirilən görüşə unudulmaz sonluq veriblər. Yekunda xatirə şəkli çəkilib.

Ş.Soltanov

Şərh Yaz