Başçı  su təsərrüfatı işçilərini təbrik edib    

       

5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür. Bu tarix ölkə melioratorları üçün olduqca əlamətdardır.

Həmin gün İsmayıllı Suvarma Sistemləri İdarəsi və İsmayıllı Su-Kanal İdarəsinin kollektivləri ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə

“Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır.

Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə də genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.

Su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı ilə bağlı mühüm fikirlərini bildirdikdən sonra RİH başçısı Nahid Bağırov rayonun bu sahədə çalışan əməkçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

 

Şərh Yaz