İsmayıllıda zona müşavirəsi keçirilib  

       

Bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaqların ayrılmasında nöqsanlara yol verilməsi hallarına rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti belə halların qarşısının alınması, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərlə yanaşı, maarifləndirici işlər də həyata keçirir. Dövlət Xidməti bələdiyyələri, yerli icra hakimiyyəti orqanlarını, digər hüquqi və fiziki şəxsləri bu sahədəki qanunvericiliyin tələbləri ilə tanış edir, onları tətbiq edilən yeniliklərlə bağlı məlumatlandırır.

Bu istiqamətdəki tədbirlərin davamı olaraq iyunun 20-də İsmayıllı rayonunda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyinə həsr edilən zona müşavirəsi keçirilib. Müşavirədə İsmayıllı, Qəbələ və Oğuz rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə İsmayıllı rayonu üzrə torpaqların elektron kadastr uçotu işləri elektron olaraq nümayiş olunub. Kadastr uçotu işləri nəticəsində rayonun, eləcə də inzibati ərazi dairələrinin, bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyən edilib.

Şərh Yaz