Problemlər həllini tapır

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşlarla səyyar görüş-qəbulların öncədən tərtib olunmuş qrafik üzrə keçirilməsi davam edir. Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.

Vətəndaşların səmimiyyətlə qarşıladıqları belə görüşlərdən biri rayonun Zərgəran kəndində keçirilib.

Kənd sakinləri ilə görüşdə cənab Prezident tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş layihə və qərarlar, eyni zamanda bu istiqamətdə İsmayıllı rayonunda görülən işlər barədə məlumat verilib.

Ölkədə, eləcə də İsmayıllı rayonunda inkişafa istiqamətlənən işlər barədə geniş məlumatdan sonra sakinlərlə kəndin ümumi problemləri ilə bağlı müzakirə aparılıb.

Rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. İstək və xahişlərin bir hissəsi yerli təşkilatlarla əlaqəli olduğundan yerində həll olunub. Ciddi araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Həlli üçün müvafiq tapşırıqlar verilib.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz