“Şahin”lərə uğur arzulanıb 

               

“Şahin” hərbi idman oyununun Mingəçevir şəhərində keçiriləcək final mərhələsində iştirak etmək üçün İsmayıllı komandasının 14 iyun 2023-cü il tarixdə Mərkəzi Meydandan yola salınma mərasimi təşkil edilib.

Belə ki, ilk öncə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova İsmayılll rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Təhsil Sektorunun əməkdaşlarının, şəhid valideyni, o cümlədən məktəblərin hərbi və idman müəllimlərinin də iştirakı ilə komanda üzvləri tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, xatirə fotosu çəkilib.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin ruhu ehtiramla yad edilib.

Rayonumuzu təmsil edəcək komandaya final mərhələsində də qalib gəlmək, unudulmaz qələbə ilə geri dönüş arzulanıb.

 

Şərh Yaz