5 nömrəli məktəbdə ”Son zəng”  

             

Respublikamızın hər yerində olduğu kimi İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində də “Son zəng” tədbiri qeyd edilib.

Tədbir Azərbaycan bayrağının musiqi sədaları altında meydana gətirilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin direktoru Elçin Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun baş məsləhətçisi Rahim Baxışov, Vətən müharibəsi iştirakçısı Orxan Babazadə, şəhid – mayor Sübhi Mürsəliyevin həyat yoldaşı İlahə Mürsəliyeva, valideyn Rahib Tarverdiyev çıxış edərək məzunları təbrik edib, müstəqil Azərbaycanın gələcəyi uğrunda onlara uğurlar arzulayıblar.

2022-2023-cü tədris ilində təhsildə fərqlənən, olimpiada, müsabiqə qalibləri tədbir boyu təltif olunub.

Tədbir musiqili kompozisiyalar, rəqslərlə davam etdib.

İsmayıllı xəbərləri”

Şərh Yaz