Dahi şəxsiyətin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nümunə məktəbidir

9 dekabr 2022-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən musiqi və poeziya nümunələri səsləndirildi. Heydər Əliyevin həyat yolundan bəhs edən videofilm nümayiş olunub.

Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri, Azərbaycanda 2-ci dəfə siyasi hakimiyyətə qayıdışı mövzusunda çıxışlar dinlənilib.

Çıxışlarda Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyi vurğulanıb. Həmçinin dahi şəxsiyətin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə nailiyyətlər əldə olunduğu tələbələrin nəzərinə çatdırılıb. Qeyd olunub ki, Ulu öndərin bu keyfiyyətləri yetişməkdə olan gənclər üçün nümunə məktəbi olmalıdır.

Kərim Boyaqçızadə,

kollecin tələbəsi

Şərh Yaz