Diqqəti problemlərin həllinə yönəltmək lazımdır

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kolleci və İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşının iştirakı ilə tədbir keçirildi. Tədbirdə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməsi, onun əsas hədəf istiqamətlərindən biri olan ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin – cəmiyyətin diqqətini yaranmış problemlərə yönəltmək və onların həlli yollarından ətraflı danışıldı. Çıxış edənlər əsil əlilliyin fiziki, əqli əlillik yox, mənəvi şikəstlik olduğunu vurğuladılar.

Kollecin tələbələri və 2 saylı şəhər bağçasının uşaqları tərəfindən tədbir iştirakçılarına səhnəciklər göstərildi, rəqs nümayiş edildi, şeir və mahnılar oxundu.

Sonda uşaqlara interaktiv oyunlar hədiyyə edildi.

Şərh Yaz