Sona İsmayılova: “SÖZÜN XAQANI” DOĞMA YURDDA

Sözün xaqanı” adlı tarixi romanımla bağlı görüşlər, kitab təqdimatları davam etdirilir. Belə görüşlərdən biri 17 iyun 2022-ci il tarixində İsmayıllı rayonundakı Uşaq və Ailələrə Dəstək Mərkəzində baş tutdu.

Mərkəzin direktoru hörmətli  Lətifə xanım Əliyeva bizə ev sahibliyi etdi.

Tədbirdə ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak edirdilər. Çıxış edənlər  müəllifi olduğum “Sözün xaqanı” tarixi romanımın mahiyyəti və rolu barədə fikirlər səsləndirdilər, jurnalist fəaliyyətimin  cəmiyyətə verdiyi töhfələrdən söz açdılar.

Çıxışlarda söz haqqı olanlardan Lütviyyə Əsgərzadə, Əli Vəliyev, İradə Hacızadə,Vüqar Abdusoy, Rəna Nəbiyeva, Emin Şükürov, Elnarə Cəfərova, Samir Abdullayev, Kəmalə Həsənova, Səyyad Əhmədli, Sevda Muradəliyeva, Gündüz Adıgözəlov və Yusif Abdulla söz sahibi oldular.

İsmayıllı yazarları arasında yüksək nüfuz sahibi olan Mərkəzin direktoru, peşəkar jurnalist Lətifə Əliyeva çıxışında qeyd etdi ki, zəhmət hər zaman böyük ucalığa qapı açır. Hər uğurun ardınca yeni zəfər işıqları parlayır. Sona xanım bu romana verdiyi əmək tarixə çevrilib, ömür yolunda bir işıq yandırıb,  bu parlaq çırpıntılar getdikcə gurlaşacaq və düşünürəm ki, o işıqlar yeni-yeni səmtlərə şəfəq saçacaq. Buna görə də hesab edirəm ki, onun vətəndaş əzmi qarşıdakı illərin ən uca pillələri üçün də işıq mənbəyidir.

Ədəbiyyat tarixindən aldığımız məlumat bildirir ki, Xəqani Şirvani İsmayıllının Ximran  kəndində doğulub. Ona görə də Şamaxıdan öncə kitab təqdimatı İsmayıllıda  keçirildi. Tədbirdə iştirak edən ziyalı və tələbələrə müəllifin imzası ilə ürək sözləri qeyd olunan kitablar hədiyyə olundu. Təqdimatı keçirilən kitabla bərabər daha bir neçə kitab Mərkəzin kitabxanasına bağışlandı.

Mən isə öz növbəmdə Lətifə Əliyevaya və İsmayıllı Yazarları ədəbi-ictimai biriyinin sədri Şahməmməd Dağlaroğluna bu gözəl tədbir və yaradıcılıq gecəsinə görə sonsuz təşəkkürümü bildirirəm.

Tədbir başa çatdıqdan sonra qonaqlar təbiət qoynuna, çox gözəl istirahət mərkəzinə dəvət olundular.

Yaddaqalan görüşün səbəbkarı olaraq, öz adımdan Bakıdan İsmayıllıya mənimlə bərabər gəlmiş 14 nəfər ziyalı tədbir iştirakçısına,  qonaqlara minnətdarlığımı bildirir, bu görüşün təşkilində əməyi keçən, tədbirə ev sahibliyi edən Lətifə xanıma və fərəhli günümdə yanımda olan hər kəsə təşəkkür edirəm.

Var olun, əziz dostlar!

Şərh Yaz