Gəncləri zəzərli vərdişlərdən qoruyaq                   

 

eTwinning layihəsi çərçivəsində həyata keçirilən “Gəncləri zəzərli vərdişlərdən qoruyaq” adlı layihə başa çatdı. Layhənin qurucusu İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli məktəbin psixoloqu Ruslan Kamilov və Cəlilabad rayon İncilli kənd A.Dadaşov adına ümumi orta məktəbinin tarix-coğrafiya müəllimi Tural Mehdiyevdir.

Layihəmizin  məqsədi, məktəblərdə marifləndirmə işi apararaq yeniyetmə və gənclərin sağlamlıqla bağlı tədbirlərdə iştiraklarının artırılması, şagirdlərə zərərli vərdişlərdən özünümüdafiə yollarını aşılamaq, zərərli vərdişlərin onların sağlamlığında yarada biləcəyi təsirlər haqqında məlumat verərək onlarda sağlam düşüncə formalaşdırmaqdır. Cəmiyyətimizdə sağlam ruhlu, sağlam düşüncəli gənclər yetişdirmək və zərərli vərdişləri olan yeniyetmə və gənclərimizə yardım edərək onlara, sağlam psixoloji mühit formalaşdırmaqdır.

Layihə, Azərbaycandan 11 məktəbin, Türkiyənin 10 fərqli məktəb, müəllim və şagirdlərinin iştirakı ilə həyata keçirildi. Layihə zamanı İsmayıllı RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru, polis kapitanı Rahim Orucov, Qalınçaq kənd tam orta məktəbinin psixoloqu Kəmalə Məmmədli onlayn formada müəllim, şagird və valideynlərə zərərli vərdişlərin fəsadları ilə bağlı təlimlər keçmişlər. Təlimlər zamanı gənclərə sağlamlıq haqqında məlumatları özündə cəmləşdirən təqdimatlar və söhbətlər olmuşdur.
Vərdiş insanın qazandığı fərdi davranış formasıdır və onun sağlamlığına birbaşa təsir göstərə bilir. Yeniyetmələrin cinsi yetkinlik zamanı, sağlamlığın yeganə qarantı kimi, sağlam həyat tərzinin əsası qoyulmalıdır. Sağlam həyat tərzi – orqanizmin iş qabiliyyətinin olmasını güman edən, insanın həyat ritminə, fəaliyyətinin məzmununa kompleks şəkildə yanaşmaq deməkdir. Eyni zamanda, hamıya məlum olan bir çox sadə qaydalara əməl edilməsini nəzərdə tutur: mümkün qədər fiziki fəallıq, orqanizmin möhkəmləndirilməsi, səmərəli (orta dərəcədə, həddən çox olmayan və müntəzəm) qidalanma, normal yuxu, sinir sisteminin həddən artıq gərginlikdən qorunması, zərərli vərdişlərdən çəkinmək. Ölkəmizdə gənclərin və yetkinlik yaşına çatmış insanların hərəkətləri davranış normalarının əsasında qurulmalıdır. Bilərəkdən və ya bilməyərəkdən gənclik sağlamlığı sevir. İnsan yüksək rifaha çatmaq istəyirsə, sağlam həyat tərzinə uyğun üsul seçir. Lakin cinsi yetişkənlik dövrü, müəyyən şərait üzündən, çox vaxt zərərli vərdişlərlə müşayiət olunur – spirtli içkilər, narkotik, siqaret çəkmək.
Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur. “Zərərli” ona görə ki, bu maddələrin həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyanı vardır. “Vərdiş” ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin olur. Lakin xilas olmaq çətin olsa da, onların istifadəsindən çəkinmək o qədər də çətin deyildir. Bunun üçün yeniyetmə və gənclər arasında zərərli vərdişlərin fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılmasına nail olmaq ən vacib işdir.

Ruslan Kamilov,

İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli məktəbin psixoloqu

Şərh Yaz