Zərifə Əliyeva – Tibbin günəşi                

 

15 aprel 2022-ci il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Tibbi və təbiət elmləri fənn birləşməsinin təşəbbüsü, İsmayıllı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin texniki və təşkilati dəstəyi ilə Zərifə Əliyevanın anım gününə həsr olunmuş “Zərifə Əliyeva – Tibbin günəşi” adlı intellektual yarış təşkil olunub.

Tədbirin bədii hissəsində Zərifə Əliyevanın həyat və fəaliyyətini özündə əks etdirən poeziya parçaları səsləndirilib. Daha sonra Zərifə xanımın həyatının müxtəlif anlarından ibarət foto slaydlar nümayiş olunub.

Tədbirin intellektual yarışma hissəsi isə tibb bacısı (qardaşı) işi ixtisası üzrə təhsil alan tələbələr arasında keçirilib.

Komandaların bilik marafonunu birinci yerdə “Cərrahlar”, ikinci yerdə “Terapevtlər”, üçüncü yerdə “Kardioloqlar”, həvəsləndirici yerdə isə “Oftalmoloqlar” komandası yekunlaşdırıb.

Qalib komandalara hədiyyələr və Fəxri fərmanlar təqdim olunub.

Şərh Yaz