Təbrik edir, uğurlar arzulayırıq           

 

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Zeynəb Qurbanova Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin zona mərhələsində şeir nominasiyası üzrə qalib olaraq, yarışın Respublika mərhələsinə vəsiqə qazanıb.

Tələbəmizi əldə etdiyi nailiyyətə görə təbrik edir və ona gələcək mərhələdə də uğurlar arzu edirik.

 

Şərh Yaz