İldönümünə həsr olunmuş yarışma                  

        

 

Aprel ayının 16-da İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə baytarlıq və zootexniklik  ixtisasları üzrə təhsil  alanlar arasında bilik yarışması keçirilib.

Yarış öncəsi Ulu öndərin əziz xatirəsi yad olunub. Onun kənd təsərrüfatı, o cümlədən maldarlıq sahəsinə verdiyi diqqətdən söz açılıb. Yarış qaliblərinə diplomlar təqdim olunub.

 

Şərh Yaz