140 yaşlı təhsil ocağı                     

 

14 aprel 2022-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində humanitar fənlər Fənn Birləşmə Komissiyasının təşkilatçilığı ilə məktəbəqədər təlim və tərbiyə qruplarında İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə seminariyanın yaranma tarixi, fəaliyyət dairəsi haqqında tələbələrə məlumat verilib. İrəvan Müəllimlər Seminariyasının yetişdirdiyi maarifpərvər gənclər və onların Azərbaycan təhsil sahəsindəki xidmətlərindən bəhs olunub.

Sonda seminariyaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə iştirak edən müəllimlər tədbirin təşkilinə görə tələbələrə təşəkkürlərini bildiriblər.

Şərh Yaz