Mübarizə qalibləri müəyyən edib               

 

İsmayıllı Rayon  Uşaq-Gənclər Şahmat-İdman Məktəbində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun təhsil işçiləri  və şahmat həvəskarlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat birinciliyi keçirilib.

Yarış öncəsi, Ulu öndərin əziz xatirəsi yad olunub, həyat və fəaliyyəti barədə şərh verilib, həmçinin yarışın qaydaları açıqlanıb.

22 idmançı arasında keçən gərgin mübarizə qalibləri müəyyən edib. Qaliblərə təşkilatçılar tərəfindən Diplomlar, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin Diplomları və pul mükafatı verilib.

“İsmayıllı xəbərləri”

Şərh Yaz