Məktəb şəhidini anıb                  

Polis polkovnik-leytenantı Ağahüseyn Aslanovun adını daşıyan İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində şəhidin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirak ediblər.

Çıxış edənlər qəhrəmanın keçdiyi rəşadətli həyat və döyüş yolundan danışıblar. Şagirdlərin ifasında qəhrəmanlıq nəğmələri və şeirlər səsləndirilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz