“Məktəblərin  “dişli çarxlar” modeli ilə əməkdaşlığı” layihəsi                  

 

“Məktəblərin “dişli çarxlar” modeli ilə əməkdaşlığı” layihəsində işlər uğurla davam etməkdədir. Layihə çərçivəsində zəngin mədəniyyətimizin bir parçası olan Azərbaycan mətbəxi üzrə işlər icra edildi. Gəndov kənd ümumi orta məktəbin şagidləri  Şuşanın özünəxas mətbəx nümunəsi olan şeştirəngi plovunu hazırladılar. Bu zaman təlimçinin bütün hərəkətlərini izləyən şagirdlər plovun hazırlanma qaydasını öyrənmiş oldular.

Gəndov kənd ümumi orta məktəbin həyətyanı sahəsində Şuşa qalasını simvolizə edən kiçik qala maketi tikildi. Ustanın təlimatı ilə Girdiman çayının çaylağından toplanan uyğun daşları doğrayaraq qala maketinin tikilişini böyük həvəslə yerinə yetirdilər. Həmçinin bu ay ərzində ibtidai siniflərin qız şagirdləri ilə ilkin toxuculuq vərdişlərinin qazanılması ilə bağlı işlər icra edildi. Oğlan şagirdləri layihənin icrasına cəlb olunmuş təcrübəli ustanın təlimatı əsasında oduncaqlardan müxtəlif əşyalar hazırladılar.

Ceyhun Əsgərov,

Gəndov kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz