Diqqətə görə təşəkkür                           

 

Diqqətə, qayğıya gorə təşəkkür milli dəyərlərimizin bəyənilən cəhətlərindəndir. Əlbəttə, istənilən təşəkkür istənilən adamı, təşkilat və müəssisəni bir qədər də diqqətli olmağa sövq edir.

Bu yaxınlarda İsmayıllı bələdiyyəsinə tərəfimdən ünvanlanan təşəkkür məktubu da bu dediklərimə əyani sübutdur.

İsmayıllı bələdiyyəsinə ailəmə maddi yardım olunması məqsədilə yazdığım məktuba müsbət cavab – maddi yardım aldım. Bələdiyyənin şəhər sakinlərinə bu qədər diqqətlə yanaşmasından qürurlandım.   Bir daha əmin oldum ki, bələdiyyə vergiləri istənilən səviyyədə ödənilsə, bu təşkilat  daha çox şəhər sakininə gərəkli olar, daha çox sosial problem qısa müddətdə həllini tapar.

İsmayıllı bələdiyyəsinə minnətdarlıq etməklə bərabər, vergi ğdəyicilərini borclu qalmamağa, əmlak və torpaq vergilərini vaxtında ödəməyə səsləyirəm. Belə olarsa, bələdiyyə daha çox iş görər və daha çox şəhər sakininə lazımlı köməkliyi vaxtında göstərə bilər.

Qızbəs Əhmədova,

İsmayıllı şəhər sakini

Şərh Yaz